Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Qoçu

👤 Ya Tosiba 🎼 Love Party ⏱️ 3:48
🎵 1208 characters
⏱️ 3:48 duration
🆔 ID: 11093095

📜 Lyrics

Bir qoç idim, çoxdur qabaq hörmətim
Xalqı döyüb söymək idi sənətim
İndi qalıb ürəyimdə həsrətim
Öldürə bilmirəm, döyə bilmirəm
Heç kəsi incidib söyə bilmirəm
İncidirdim qabaq bənna, fəhləni
Gətirmişdim təngə bütün məhəlləni
İndi döyür, söyür hər yetən məni
Öldürə bilmirəm, döyə bilmirəm
Heç kəsi incidib söyə bilmirəm

O gün ki şəhərə düşüb inqilab
Bu qüssədən qəlbim olubdur kabab
Körpələr də mənə qaytarır cavab
Öldürə bilmirəm, döyə bilmirəm
Heç kəsi incidib söyə bilmirəm
Əsirdi qonşular gələntək adım
Bir kişidən yoxdur qorxum-zadım
İndi bəyənmir məni öz arvadım
Öldürə bilmirəm, döyə bilmirəm
Heç kəsi incidib söyə bilmirəm
Öldürə bilmirəm, döyə bilmirəm
Heç kəsi incidib söyə bilmirəm

Bir qoç idim, çoxdur qabaq hörmətim
Xalqı döyüb söymək idi sənətim
İndi qalıb ürəyimdə həsrətim
Öldürə bilmirəm, döyə bilmirəm
Heç kəsi incidib söyə bilmirəm
İncidirdim qabaq bənna, fəhləni
Gətirmişdim təngə bütün məhəlləni
İndi döyür, söyür hər yetən məni
Öldürə bilmirəm, döyə bilmirəm
Heç kəsi incidib söyə bilmirəm

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings